Azərbaycan Milli Elmlər Akademiyası

Informasiya Texnologiyaları İnstitutu

24 Mart, Cümə, 2017

   

   AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri:

  • Respublika Hesablama Mərkəzini birləşdirən Verilənlərin ötürmə şəbəkəsi (Akademset şəbəkəsi) ötən əsrin 80-ci illərində x 25 texnologiyaları əsasında yaradılmışdır.
  • Azərbaycan Respublikasında İnternet şəbəkəsinin qurulması EARN (European Academic & Research Network-Avropa Elm və Tədqiqat şəbəkəsi) təşkilatının AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan qovşağının yaradılması ilə başlanmışdır.
  • Azərbaycan Respublikasında ilk dəfə 1991-ci ildə Beynəlxalq “ Sovam Teleport “ şəbəkəsinə qoşulmaqla elektron poçt xidmətinin Azərbaycan məntəqəsi yaradılmışdır. Bu poçt xidməti AMEA-nın institut və təşkilatlarına, bir çox dövlət müəssisələrinə “ Sovam teleport “, “ EARN “, “ BİTNET “, “ RELCOM “, “ İASNET “, və s. kimi beynəlxalq kompyuter şəbəkələrinin xidmətlərindən istifadə etməyə imkan yaratmışdır.
  • 1991-ci ildə bu şəbəkə əsasında AMEA Rəyasət Heyətinin binasını və İnformasiya Texnologiyaları İnstitutunun lokal şəbəkələrini özündə birləşdirən  beynəlxalq İnternet şəbəkəsinə qoşulmasını təmin edən TCP/IP texnologiyaları əsasında AzScienceNet şəbəkəsinin I Azərbaycan qovşağı yaradılmışdır.
  • 1995-ci ildə AMEA-nın Əsas binasında AzScienceNet şəbəkəsinin II Azərbaycan qovşağı yaradılmışdır. I və II qovşaqlar arasında birbaşa ayrılmış telefon xətti ilə əlaqə yaradılması nəticəsində Respublikada ən geniş infrastruktura malik kompyuter şəbəkəsi fəaliyyətə başlamışdır.

                                                        

                                                       

                                             Şəkil 1. AzScienceNet şəbəkəsinin infrastrukturu

 

  • Azərbaycan Respublikasında ilk veb-sayt AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.ab.azadı altında 1995-ci ildə yaradılmışdır və AzScienceNet şəbəkəsinin serverlərində yerləşdirilmişdir.
  • www.ab.az saytı əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və infrastrukturuna uyğun olaraq yenidən işlənərək www.science.az (www.elm.azwww.nauka.az) portalı adlandırılmışdır və 24 sentyabr 2003-cü ildə daimi istismara verilmişdir.


                                   

                                                                           Şəkil 2. AMEA-nın www.science.az  portalı

  • www.science.az portalı Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasının təmin edilməsi, müxtəlif elm sahələrində çalışan alimlərimizin xarici həmkarları ilə bilik, informasiya mübadiləsi aparması, əldə etdikləri elmi nailiyyətləri bölüşməsi, elmi, elmi-pedaqoji, elmi-texniki əlaqələrin yaradılması və s. məqsədi daşıyır. Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
  • NATO-nun Elm Komitəsinin, BMT-nin İnkişaf Proqramının (UNDP), SOROS fondunun və s. təşkilatların tövsiyələrini əsas tutaraq AMEA-nın və Təhsil Nazirliyinin bir sıra aparıcı elm və tədris müəssisələrinin təsisçiliyi ilə 2000-ci ilin avqust ayında  «Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası» (AzRENA) ictimai birliyi yaradılmışdır. AzRENA  AzScienceNet şəbəkəsinin bazasında formalaşdırılmışdır.
  • NATO-nun Elm Komitəsi tərəfindən təklif olunan «Virtual İpək Yolu» layihəsinin həyata keçirilməsinin AMEA-ya həvalə edilməsi ilə AMEA İnternet şəbəkəsinin növbəti inkişaf mərhələsi başlanmışdır. «Virtual İpək Yolu» layihəsində  üç Qafqaz - Azərbaycan, Gürcüstan, Ermənistan və beş Mərkəzi Asiya - Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxstan və Tacikistan respublikalarının ən müasir peyk texnologiyası vasitəsi ilə İNTERNET şəbəkəsinə qoşulması və bununla da, «Virtual İpək yolu»nun yaradılması nəzərdə tutulurdu.

 

 

                                                        

                                                 Şəkil 3. «Virtual İpək Yolu» layihəsi

2003-cü ilin may ayının 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun Elm Komitəsi tərəfindən “Virtual İpək Yolu” layihəsi çərçivəsində  ölkəmizə göndərilən VSAT tipli yerüstü peyk-rabitə avadanlığının işə salınmasının açılış mərasimi keçirilmişdir.  Mərasimdə NATO-nun baş katibi lord Corc Robertson, xarici ölkələrin səfirləri, ölkəmizin görkəmli elm xadimləri, müxtəlif nazirliklərin, elm və təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər. Mərasim zamanı AMEA İTİ-də yerləşən Şəbəkə əməliyyat mərkəzi ilə Almaniyanın Hamburq şəhərindəki  NATO-nun  Şəbəkə əməliyyat mərkəzi arasında respublikada qlobal şəbəkə üzərindən ilk  videokonfrans təşkil edilmişdir.    

                                                         

  Şəkil 4. NATO-nun baş katibi lord Corc Robertsonun iştirakı ilə keçirilən videokonfrans

  • AzScienceNet-in DELTA TELECOM MMC vasitəsilə beynəlxalq qlobal şəbəkəyə 2005-2012-ci illər üzrə qoşulma sürətinin inkişaf dinamikası:

Speed Graph

  • 1997-2012-ci illərdə AzScienceNet şəbəkəsinə qoşulan fərdi kompyuterlərin dinamikası:  

                                              

                 Şəkil 5. AzScienceNet şəbəkəsinə qoşulan  kompyuterlərin dinamikası   

  • AzScienceNet şəbəkəsinin yeni qovşağı 2010-cu ildə işə salınmışdır. Bu qovşaq AMEA İnformasiya Texnologiyaları İnstitutunun binasında yerləşir. AMEA-nın yeni İnternet mərkəzi əsasən  Cisco, IBM və HP firmalarının  məhsulları olan telekommunikasiya və server avadanlıqları ilə təmin olunaraq yaradılmışdır.

                                               

                                                                  Şəkil 6. AzScienceNet-in yeni mərkəzi

  • AzScienceNet elm kompyuter  şəbəkəsinin TERENA-ya (Trans-Avropa elmi-tədqiqat və təhsil şəbəkələri assosiasiyası) üzvlüyü  həmin təşkilatın 3-4 iyun 2010-cu il tarixlərində Vilnüs şəhərində keçirilən Baş Assambleyasında qərara alınmışdır. TERENA-ya üzv olmaqla “Azərbaycan elmi-tədqiqat və təhsil şəbəkəsini“ Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiya etmək istiqamətində əhəmiyyətli addım atılmışdır. Azərbaycanı həmin təşkilatda AMEA  İTİ təmsil edir, sıx əməkdaşlıq əlaqələri mövcuddur.
  • 29 mart 2011-ci il tarixdə TERENA-nın Texniki Komitəsinin katibi Valentino Kavalli və digər məsul əməkdaşı Kevin Meynelli AzScienceNet elm kompyuter  şəbəkəsinin infrastrukturu və görülən işlərlə tanış olmaq üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunda olmuşlar. Səfər çərçivəsində qonaqlar ölkədə fəaliyyət göstərən elmi-tədqiqat və təhsil şəbəkələrinin müasir vəziyyəti ilə tanış olmuş, bu istiqamətdə Avropanın şəbəkə mühitinə inteqrasiya proseslərini sürətləndirmək kimi məsələləri geniş müzakirə etmişlər.

                                             

                           Şəkil 7. TERENA-nın Texniki Komitəsinin katibi Valentino Kavalli ilə görüş

 

  • AzScienceNet şəbəkəsi resurslarının səmərəliliyi və təhlükəsizliyi istiqamətində istifadə siyasəti müəyyənləşdirilmişdir. Burada məqsəd AzScienceNet şəbəkəsinin resurslarından Azərbaycan Respublikasının elmi qurumlarında həyata keçirilən elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həllində məqsədyönlü və təhlükəsiz istifadəsini təmin etməkdir.
  • AzScienceNet şəbəkəsinin imkanlarından səmərəli istifadə etmək məqsədi ilə istifadəçilərin kompyuterlərinin  reyestri və şəbəkə pasportlaşma sistemi yaradılmışdır.
  • Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, həmçinin trafikə nəzarət və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə “Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi sistemi” yaradılmışdır.
  • Reyestr sistemini yaratmaq üçün kompyuterlərin MAC-ünvanından istifadə edilmişdir. AzScienceNet şəbəkəsi və ona qoşulmuş bütün kompyuterlər haqqında məlumatlar vahid verilənlər bazasında toplanılmışdır.
  • AzScienceNet şəbəkəsində yüksək sürətli intellektual şəbəkə avadanlıqlarından istifadə olunur. Bu avadanlıqlarda və rabitə kanallarında baş verən nasazlıqları onlayn rejimdə operativ aradan qaldırmaq üçün şəbəkənin pasportlaşma sistemi (telekommunikasiya avadanlığının yerləşmə və qoşulması sxemi) yaradılmışdır.
  • AzSienceNet şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu haqda məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla əlaqələrin yaradılması məqsədi ilə AZSCIENCECERT qurumu yaradılmışdır. AZ-CERT qurumu 31 may 2011-ci il tarixdə TERENA təşkilatının himayəsində olan Trustel Introducer sistemində qeydiyyatdan və akkreditasiyadan keçmişdir.
  • AzScienceNet şəbəkəsi üzərindən İnformasiya Texnologiyaları İnstitutunda Distant Tədris Mərkəzi yaradılmışdır.Bakı şəhərində fəaliyyət göstərən elm və təhsil müəssisələri ilə, ölkənin regionları, həmçinin dünyanın nüfuzlu universitetləri arasında davamlı əməkdaşlıq əlaqələrinin yaradılması, təhsilin keyfiyyətinin artırılması, müxtəlif elm sahələri üzrə kursların təşkili baxımından yeni perspektivlərin yaranmasına xidmət edir.
  • AzScienceNet şəbəkəsi AMEA İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələrindən biri olan və 2003-cü ildə yaradılmış  Tədris-İnnovasiya Mərkəzinə də (TİM) İnternet xidmətləri göstərir. TİM-in şəbəkə infrastrukturu AzScienceNet  şəbəkəsi əsasında yaradılmışdır. TİM respublikada informasiya cəmiyyətinin formalaşdırılması və elektron dövlətin qurulması istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edir. Məlum olduğu kimi, elektron dövlətin qurulmasında əsas vəzifə cəmiyyətin bütün üzvlərinin kompyuter biliklərinin və informasiya mədəniyyətinin formalaşdırılmasıdır.

 

 
  • AzScienceNet şəbəkəsində Eduroam xidməti yaradılmışdır. AzScienceNet şəbəkəsində yerləşdirilmiş server respublika üzrə milli operator funksiyasını yerinə yetirir və 11 noyabr 2011-ci il tarixində TERENA təşkilatının nəzdində olan European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir.
  • 2011-ci ilin sonlarında AzScienceNet şəbəkəsi əsasında AMEA-nın institut və təşkilatlarında meydana çıxan strateji əhəmiyyətli böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün DATA Mərkəzi (data-center) yaradılmışdır.

                                                     

Şəkil 8. DATA Mərkəzinin arxitekturası

 

                                                  

Şəkil 9. DATA Mərkəzi

 

AzScienceNet  şəbəkəsinin Data Mərkəzinin hal-hazırki texniki xarakteristikası

• AzScienceNet şəbəkəsinə qoşulan kompüter avadanlıqlarının sayı - 6500 ədəd
• İnternetə  qoşulma surəti - 1.41 Gbit/s
• Hesablama gücü  -  17 Tflops
• Xarici yaddaşın  həcmi -  400 Tbayt
 
asndm1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     

 

 

Şəkil 10. AzScienceNet Data Mərkəzi

 

AzScienceNet  şəbəkəsinin hal-hazırki xidmət dairəsi