AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və AzScienceNet Şəbəkə İdarərtmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev GEANT Assosiasiyasının Baş Assambleyasının 32-ci onlayn iclasında iştirak ediblər. Hər il olduğu kimi, bu il də iclasa Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən olan rəsmi nümayəndələr qatılıblar.
Tədbirdə GEANT Assosiasiyasının fəaliyyəti ilə bağlı yeniliklər, həyata keçirilən layihələr, o cümlədən GEANT İnnovasiya Proqramı ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Onlayn iclasda GEANT Assosiasiyasına üzv olan digər ölkələrlə iki və çoxtərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə iki dəfə toplaşırlar.