• AzScienceNet elm kompyuter şəbəkəsi Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir.
  • AzScienceNet  şəbəkəsinin  yaradılması Azərbaycan elmi-tədqiqat və təhsil mühitini Avropa elmi-tədqiqat və təhsil fəzasına inteqrasiya edərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verir.
  • AzScienceNet şəbəkəsinin əsas vəzifəsi istifadəçilərinə günün 24 saatı ərzində qlobal İnternet şəbəkəsinə yüksək sürətli, təhlükəsiz, çıxışı  təmin etməsidir. 
  • AzScienceNet şəbəkəsi istifadəçilərə çoxsaylı İnternet xidmətləri (hosting, elektron poçt, elektron kitabxana, distant təhsil, AzScienceCERT, eduroam və s.) göstərir. AzScienceNet şəbəkəsinin infrastrukturunun yeni telekommunikasiya və server avadanlıqları ilə təmin edilməsi və onlar üzərində müxtəlif İnternet xidmətlərinin yerinə yetirilməsi onun dünyanın, o cümlədən Avropanın müxtəlif şəbəkə infrastrukturlarına inteqrasiya olunmasını daha da sürətləndirəcək.
  • AzScienceNet şəbəkəsi İnformasiya Texnologiyaları İnstitutu tərəfindən aparılan müvafiq elmi-tədqiqat işləri və şəbəkə texnologiyaları sahəsində kadr hazırlığı istiqamətində eksperimental baza rolunu oynayır.
Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023