AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Könül Əliyeva 5-6 mart 2024-cü il tarixlərində GEANT Assosiasiyasının Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq qrupunun (Sig-Marcomms) iclasında iştirak edib.
Sloveniyanın Lyublyana şəhərində keçirilən tədbirdə EaPConnect-in Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq qrupu da daxil olmaqla, Avropanın Milli Tədqiqat və Təhsil Şəbəkələri icmasından 30-a yaxın nümayəndə iştirak edib. İştirakçılar bir neçə gün ərzində GEANT İcma Proqramı çərçivəsində həyata keçirilən tədbirləri müzakirə ediblər.
İclasda, həmçinin podkastlar və onların hazırlanması, xidmət marketinqinin fəaliyyət istiqamətləri, beynəlxalq tədqiqat və təhsil şəbəkələri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq qrupunun növbəti görüşünün cari il iyun ayının 10-da Fransanın Renn şəhərində “TNC24” konfransı çərçivəsində keçirilməsi planlaşdırılır.