Litvalı müəllim LOLA texnologiyası vasitəsilə azərbaycanlı tələbələrə ustad dərsi keçib 2024-03-28 14:15:00 / TƏDBİRLƏR

Martın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Litva Musiqi və Teatr Akademiyasının müəllimi Dainius Puodziukas tərəfindən onlayn ustad dərs keçirilib.

İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən dərs Avropa Komissiyasının dəstəklədiyi, GEANT Asossiasiyasının EaPConnect layihəsi çərçivəsində reallaşdırılan LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin köməyilə baş tutub.

D.Puodziukas ustad dərsi zamanı violin musiqi aləti ilə bağlı öz bilik və təcrübəsini bölüşərək, bu alətin ifaçılıq metodlarının ən sadə yollarını tələbələrin nəzərinə çatdırıb.

Xatırladaq ki, 2019-cu il dekabrın 20-də LOLA rəsmi olaraq ilk dəfə Bakı Musiqi Akademiyasında Azərbaycan və Estoniya musiqiçilərinin iştirakı ilə “Ənənələri Birləşdirək” adlı konsertində təqdim olunmuşdu. Tədbir AzScienceNet və AzEduNet, Azərbaycan Təhsil Şəbəkəsi, Bakı Musiqi Akademiyası, Estoniyanın tədqiqat və təhsil şəbəkəsi (HITSA EENet), Estoniya Musiqi və Teatr Akademiyası (EAMT) və İtaliyanın tədqiqat və təhsil şəbəkəsi (GARR) arasında əməkdaşlığın nəticəsində baş tutmuşdur.

musicacademy.edu.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024