AzScienceNet  şəbəkəsinin imkanlarından səmərəli istifadə etmək məqsədi ilə istifadəçilərin kompyuterlərinin  reyestri sistemi yaradılmışdır.  Reyestr sistemini yaratmaq üçün fərdi kompyuterlərin MAC (Media Access Control) - ünvanından (kompyuterin 12 hərf və simvoldan ibarət fiziki ünvanı) istifadə edilmişdir. AzScienceNet şəbəkəsi və ona qoşulmuş bütün kompyuterlər haqqında məlumatlar vahid verilənlər bazasında toplanılmışdır. Hər bir kompyuter mövcud bir istifadəçi adına bağlanıb və onun  haqqında identifikasiya üçün lazım olan bütün məlumatlar  bazada öz əksini tapıb. Bu məlumatlar AzScienceNet  mütəxəssisləri tərəfindən şəbəkədə nasazlıq yaradan  problemləri aradan qaldırmaq üçün istifadə oluna bilər.  

     İstifadəçilərin kompyuterlərinin mərkəzləşdirilmiş reyestr sisteminin yaradılması aşağıda göstərilən işlərin həyata keçirilməsinə köməklik göstərir:

-          İstifadəçilərin icazəsiz şəbəkəyə qoşulmasının qarşısını alır;

-          Monitorinq sistemlərinin analiz işinin daha dəqiq aparılmasına imkan yaradır;

-          Təhdidlərə qarşı mübarizənin aparılmasına köməklik göstərir;

-          Şəbəkə daxilində yaranan təhlükələrin vura biləcəyi ziyanı minimuma endirir;

-          İstifadəçilərin qadağan olunmuş saytlara müraciətinin qarşısını alır;

-          Şəbəkə trafikinin lazımsız məlumatlarla yüklənməsinin qarşısının alır;

-          Elmi şəbəkənin profilinə uyğun olmayan web resurslara müraciətin qarşısını alır.

    AMEA-nın institut və təşkilatlarının yeni istifadəçilərinin   AzScienceNet şəbəkəsindən istifadə edə bilməsi üçün kompyuterlər reyestr sistemində qeydiyyatdan keçməlidir.

      Yeni istifadəçilərin AzScienceNet şəbəkəsinə  qoşulması üçün tələb olunan qeydiyyat qaydası:

-          İstifadəçi işlədiyi təşkilatın adından AMEA İnformasiya Texnologiyaları İnstitutuna rəsmi məktub təqdim etməlidir ;

-          Təqdim olunan rəsmi məktuba AzScienceNet şəbəkəsinin İdarəetmə Şurası öz qərarını bildirməlidir ;

-          İstifadəçi AzScienceNet şəbəkəsinə qoşulmaq üçün aşağıda göstərilən formanı doldurmalıdır.

 

               Forma

İstifadəçilərin AzScienceNet şəbəkəsinə qoşulması və e-mail ünvanların yaradılması

 

 

1. İstifadəçi kompyuterlərin qeydiyyatı (İnternetə qoşulma)

 

S.A.A.                    __________________________________________

                                                  (soyadı, adı və atasının adı)

İnstitut və təşkilat  __________________________________________

                                                           (adı)

Ünvan                    __________________________________________

                                                           (institut və təşkilatın yerləşdiyi ünvan)

Mərtəbə                  __________________________________________

 

Otaq                       __________________________________________

 

MAK ünvan           __________________________________________

 

Əlaqə tel.                __________________________________________

 

 

2. İstifadəçilərə e-mail ünvanın verilməsi

 

S.A.A.                    __________________________________________

                                                  (soyadı, adı və atasının adı)

İnstitut və təşkilat  __________________________________________

                                                             (adı)

Şöbə                       __________________________________________

 

Əlaqə tel.                __________________________________________

 

Domen          adı             __________________________________________

 

       Qeyd: E-mail ünvanda @ işarəsinə qədər olan ad istifadəçi tərəfindən   seçilir.

 

¨  mən istifadəçi siyasəti ilə tanış oldum və razıyam.

 

 

        İstifadəçinin imzası:                                                /                                /

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024