AzScienceNet şəbəkəsində növbəti seminar keçirildi 2013-11-25 12:27:42 / CONFERENCES

Şöbənin əməkdaşı M.Həşimov “AzScienceNet şəbəkəsində virtual maşınların hesablama və yaddaş resurslarının dinamik paylanması” haqqında məruzə etdi. Məruzəçi AzScienceNet şəbəkəsində yaradılan hesablama və yaddaş resurslarının ənənəvi və dinamiki paylanması arasındakı fərqlər haqqında geniş məlumat verdi. Gələcəkdə AzScienceNet şəbəkəsində  resursların səmərəli və israf  olunmadan istifadəsi  üçün  dinamiki  paylanma texnologiyasının  təşkil edilməsi məruzəçi tərəfindən təklif olundu.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020