Şöbənin əməkdaşı M.Həşimov “AzScienceNet şəbəkəsində virtual maşınların hesablama və yaddaş resurslarının dinamik paylanması” haqqında məruzə etdi. Məruzəçi AzScienceNet şəbəkəsində yaradılan hesablama və yaddaş resurslarının ənənəvi və dinamiki paylanması arasındakı fərqlər haqqında geniş məlumat verdi. Gələcəkdə AzScienceNet şəbəkəsində resursların səmərəli və israf olunmadan istifadəsi üçün dinamiki paylanma texnologiyasının təşkil edilməsi məruzəçi tərəfindən təklif olundu.