Dünyada ən böyük külək elektrik stansiyası inşa edilib 2018-09-07 11:00:00 / MARAQLI MƏLUMATLAR

İngiltərənin şimal-qərb sahilində dünyada ən böyük külək elektrik stansiyası işə salınır.

belta.by saytının məlumatına görə, 659 MVt gücündə olan “Walney Extension” elektrik stansiyası 600 min evi elektrik enerjisi ilə təmin edəcək. Elektrik stansiyasının sahəsi 145 kv.km-ə bərabərdir ki, bu da təxminən 20 min futbol meydançasının sahəsinə ölçüsündədir.

“Walney Extension” stansiyası “Siemens Gamesa” və “MHI Vestas” şirkətləri tərəfindən qurulmuş 87 turbinlə təchiz edilib. Həmçinin qeyd etmək lazımdır ki, 195 metr yüksəklikdə qurulmuş 40 MVt gücündə “MHI Vestas” turbinləri dünyada ən böyük külək turbinləridir.
 
Hazırda Böyük Britaniya dəniz külək enerjisinin hasili üzrə dünyada liderdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023