“Intel” şirkəti dünya üzrə işçi heyətini 5 faiz azaltmaq niyyətində olduğunu bildirən bəyanat yayıb. Hazırda şirkətdə 107 000 nəfərin çalışmasını nəzərə alsaq, bu, 5 min nəfər deməkdir.
“Intel” resurslarını cari il üçün xərclərə uyğunlaşdırır. Bura işçi qüvvəsinin planlaşdırılan ixtisarı da daxildir. Biz işçi sayını ildə 5 faiz azaltmağı nəzərdə tutsaq da, kütləvi işdən azadolma kampaniyası keçirmirik. İşçi qüvvəsinin ixtisarı dedikdə bir sıra proqramlar, o cümlədən iş yerinin dəyişdirilməsi, könüllü proqramlar, insanların təqaüdə çıxması, eləcə də digər dəyişikliklər nəzərdə tutulur”, - “Intel”in bəyanatında deyilir.
Qeyd edək ki, “İntel” ötən həftə dördüncü rübün maliyyə yekunlarını açıqlayıb. Şirkət qənaətbəxş nəticələr nümayiş etdirsə də, korporativ satışın azalması, eləcə də şirkətin Arizona ştatında yerləşən zavodunun istismara verilməsinin təxirə salınması kimi bəzi vacib məqamlar diqqəti cəlb edir, - "Cybersecurity www.cybersecurity.ru” yazır.