“Elektron hökumət” portalında mətnin səsləndirilməsi funksiyası işə salınıb 2013-11-27 11:35:17 / CONFERENCES

“Elektron hökumət” portalına yeni funksiya əlavə edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, mətnin səsləndirilməsi sistemi portala inteqrasiya edilib.

Bu sistem vasitəsilə artıq saytın bütün bölmələrində hər bir mətnin altında yerləşdirilən “Bütün mətni səsləndir”  və ya “Seçilmiş mətni səsləndir” düymələrini sıxmaqla həmin mətni tam, yaxud hissə-hissə dinləmək imkanı yaradılıb.
Bununla yanaşı, mətnləri “mp3”  formatında kompüterə yükləmək də mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023