ICANN İnternet korporasiyası yanında “Whois” sisteminin modernləşdirilməsi üzrə ictimai təklifləri tədqiq edən işçi qrup yaradılıb.
Bu sistem hər hansı bir domenin sahibi haqqında müəyyən məlumatlar əldə etmək üçün nəzərdə tutulub.
“gTLD Directory Services” üzrə ekspertlərdən ibarət işçi qrupun nəşr etdirdiyi hesabatda “Whois” sisteminin tamamilə yenilənməsi tövsiyə edilib.
İşçi qrup “Whois”in sonuncu dəfə 10 il bundan öncə dəyişilmiş iş prinsiplərini yenidən yazmağı təklif edir. Hazırkı versiya domen administratoru, texniki detallar, domen serverləri və qeydiyyatın başa çatması haqda qeydiyyatçı bazasından məlumatlar almağa imkan verir.
Qrup “ARDS” modelində, sifarişlərin əsasını dəyişmək, 43-cü port üzrə “Whois” sifarişlərini bağlamaq və onları yuxarısəviyyəli qeydiyyatçının mərkəzi repozitarisinə keçirməklə məlumat yığımı prinsiplərini dəyişməyi təklif edir.
securitylab.ru saytının məlumatına görə, hazırkı sistem müştərilərə, qeydiyyatçıda işləyən “Whois”-serverlərdən məlumat bazalarının yazılarını sorğulamağa imkan verir. Beləliklə, “Whois” məlumatları bir nüsxədə toplanacaq və onların operatoru məlumatların mütəmadi olaraq dəyişdirilməsinə cavabdeh olacaq.
İşçi qrupun ərizəsində bildirilir ki, mərkəzi repozitorin mövcudluğu domen məlumatlarını mərkəzləşdirməyə və mövcud infrastrukturu sadələşdirməyə imkan verəcək. Həmçinin domen sahibləri haqda məlumatlarda olan qeyri-dəqiqliyi aradan qaldırmağa kömək edəcək.
“ARDS”-i idarə edəcək subyektə gəldikdə isə, “ICANN” bu işi özü həyata keçirmək niyyətində deyil, bunun üçün şirkətə podratçı təşkilat seçmək lazım olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.