www.botany.az saytı da AzScienceNet elm kompüter şəbəkəsində yerləşdirildi 2013-07-30 09:36:46 / CONFERENCES

AMEA institutlarının veb-saytlarına hostinq xidmətlərinin göstərilməsi ilə bağlı işlər davam edir 

Azərbaycan Milli Elmlər Akademiyası elmi müəssisələrinin veb-saytlarının AMEA-nın AzScienceNet elm kompüter şəbəkəsində yerləşdirilməsi ilə bağlı işlər davam edir. Hostinq xidmətləri təqdim edən AzScienceNet-də AMEA-nın və ölkəmizdə fəaliyyət göstərən digər elm və təhsil qurumlarının 10-dan artıq veb-saytı yerləşdirilib. 

AzScienceNet-də yerləşdirilən veb-resurslardan biri də AMEA Botanika İnstitutunun www.botany.az saytıdır. 

“E-elm” proqramının tələblərindən olan bu kimi tədbirlərin həyata keçirilməsi elmi idarə və təşkilatlarda təhlükəsizlik məsələlərinin təmini, elmin inkişafına dəstək və s. baxımdan mühüm əhəmiyyət kəsb edir. 

İnternet şəbəkəsinə sürətli bağlantısı olan AzScienceNet-in təqdim etdiyi xidmətlər sırasına hostinq xidmətlərindən əlavə e-poçt, e-kitabxana, distant təhsil, AZ-CERT, Eduroam, Grid, Cloud Computing (AzCloud) xidmətləri də daxildir ki, bu da AMEA institut və təşkilatlarının, elmi işçilərin fəaliyyətinin yüksək səviyyədə, beynəlxalq tələblər əsasında təşkili məqsədlərinə xidmət edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024