Suyu istənilən içkiyə çevirən stəkan yaradılıb 2017-11-07 10:00:00 / TECHNOLOGİCAL İNNOVATİONS

Sinqapur Milli Universitetinin tədqiqatçıları insanın dadbilmə reseptorlarını aldadaraq adi suyu onun kimyəvi tərkibində dəyişiklik etmədən müxtəlif içkilərə çevirən stəkan yaradıblar.

popmech.ru saytının məlumatına görə, “Vocktail” (virtual cocktail) adlandırılmış qurğu işıq diodlarının köməyilə içkinin rəngini dəyişir. Dadbilmə reseptorlarının yüngül elektrik stimulyasiyası bu və ya digər dadın hiss edilməsinə səbəb olur, xüsusi borucuq isə mayeyə ətirli qaz ötürür.

Daha əvvəl insanın dadbilmə reseptorlarını məharətlə aldadan rəqəmsal limonad yaradılıb. Yeni texnologiya onunla müqayisədə daha mürəkkəbdir: alimlər mürəkkəb dad kombinasiyalarını yaratmağı öyrəniblər, həmçinin digər istifadəçilərlə sevimli reseptləri paylaşmağa və onların elektron kokteyl versiyalarını dadmağa imkan verən xüsusi proqram hazırlayıblar.

“Vocktail” sadəcə virtual simulyasiyanın yaradılması yolunda dönüş nöqtəsi deyil. Bu texnologiyanın köməyilə pəhriz saxlamaq daha da sadələşəcək. Belə ki, istifadəçilər artıq kalori almadan şirin limonadın dadı və qoxusuna malik adi su içə biləcəklər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024