Böyük Britaniyanım Darem Universitetindən olan alim-kosmoloqlar bir neçə ən mürəkkəb riyazi modelin hesablamalarını aparıblar. Nəticədə sirli qaranlıq materiyanın mövcudluğu faktını sübut ediblər.
dailytechinfo.org saytının məlumatına görə, bu riyazi modellər kainatın formalaşması və inkişafı proseslərini təsvir edir. Modellər göstərdi ki, kainatların hərəkət sürəti və ölçüləri onların parlaqlığıyla bağlıdır. Bu qarşılıqlı əlaqələr demək olar ki, alim-astronomlar tərəfindən aparılmış təcrübi müşahidələrin nəticələriylə tamamilə uyğun gəlir.
Modellərdən birinin hesablama nəticələrini əks etdirən şəkildə kainatın əsas komponentləri göy rənglə verilib. Yeni ulduzları əmələ gətirən ulduzlar və qazlar qırmızı rənglə, kainatı əhatə edən qaranlıq materiyanın parıltısı isə açıq-boz rənglə göstərilib.
Qaranlıq materiyanın təbiəti haqqında olan nəzəriyyələrə əsasən, kainatların ölçüsü, kütləsi və parlaqlığı arasında kifayət qədər mürəkkəb riyazi ifadələrlə müəyyən edilən əlaqələr mövcuddur. Riyazi modellərin hesablamaları üçün bir neçə həftə ərzində kainatların formalaşması və inkişafının milyardlarla yaşını “sıxmağa” imkan verən güclü superkompüterlərdən istifadə olunub.
“Bizim hesablamalar uzun illərdir alimləri narahat edən problemlərdən birinin həllinə yönəlib. Qaranlıq materiyanı aşkar etmək hələ ki mümkün olmasa da, ümid edirik ki, fiziklər ən yaxın gələcəkdə bunun öhdəsindən gələcəklər”, – deyə tədqiqatçılar bidliriblər.