Çində müəllif hüquqlarının qorunması üçün veb-sayt istifadəyə verilib 2017-04-28 16:23:43 / KONFRANSLAR

Çində piratçılıqla mübarizə və müəllif hüquqları pozuntularının aşkarlanması məqsədilə yeni veb-sayt istifadəyə verilib. “www.12426.cn” saytı Çin Xalq Respublikasının mülkiyyət hüquqlarına riayət edilməsi üçün müşahidə mərkəzi tərəfindən idarə olunacaq.

 

Veb-saytın köməyilə müəllif hüquqlarının sahibləri onların müəllif hüquqlarından istifadə ilə bağlı pozuntular haqqında informasiya əldə edəcək, bu kimi problemlərin həlli üzrə xidmətlərdən yararlana biləcəklər.

 

ria.ru saytının məlumatına görə, daha əvvəl Çin Xalq Respublikasının prezidenti Si Tsinpin bildirmişdi ki, ölkədə intellektual mülkiyyət hüquqlarının mühafizəsi gücləndiriləcək. Bu da bazarın daha şəffaf olmasına imkan verəcək.

 

Qeyd edək ki, 2016-cı ildə Çinin hüquq-mühafizə orqanları tərəfindən intellektual mülkiyyət hüquqlarının pozulması sahəsində cinayətlərə görə 3,8 min insan həbs edilib. Cinayətlərin əksəriyyəti ticarət markalarından istifadə üzrə hüquq pozuntuları ilə bağlıdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024