“Apple” iPhone 6, şəxsi ödəmə sistemini və Watch saatlarını təqdim etdi 2014-09-12 08:58:48 / KONFRANSLAR

Apple” şirkəti çoxdan gözlənilən yeni smartfonlarını -  “iPhone 6” və “iPhone 6 Plus”, şəxsi ödəmə sistemini -  Apple Pay  və “ağıllı” Watch saatlarını təqdim edib.

Smartfonlar xarici görünüşcə sələflərindən çox nazikdirlər. “iPhone 6” 6,9 mm, “iPhone 6 Plus” isə 7,1 mm-dir. Ekranların diaqonalları 4.7 və 5.5 düym təşkil edir. "iPhone 6 Plus" smartfonu üçün ekranın təsvir ölçüsü 1920x1080 düym (1080p və ya Full HD), "iPhone 6" cihazında isə1334x750 nöqtə təşkil edir.

"iPhone 6" smartfonuna 64 bitlik “A8” prosessoru quraşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 25 faiz daha məhsuldardır. Yeri gəlmişkən qeyd edək ki, yeni smartfonlarda  qrafikanın emalı da 50 faiz yaxşılaşdırılıb.

Wi-Fi şəbəkəsində iş zamanı avtonom iş vaxtı 10, video izləyərkən isə 14 saatadək müddəti əhatə edir. Müqayisə üçün xatırladaq ki, "iPhone 5S"-də video izləyərkən avtonom iş vaxtı 10 saat olub.

“Apple” şirkətinin marketinq üzrə vitse-prezidenti Fil Şiller hesab edir ki, “iPhone” smartfonu dünyanın ən məşhur videokamerası olacaq. Yeni smartfonlar saniyədə 30 kadradək sürətlə Full HD (1080p) təsvir ölçüsündə şəkil çəkmək imkanı ilə təchiz edilib.

Yeni "iPhone" smartfonları "iOS 8" platforması ilə işləyəcək. Məlumat üçün bildirək ki, artıq sentyabrın 17-dən "iOS 8" platformasını yükləmək mümkün olacaq.

“iPhone” smartfonları ilk dəfə olaraq 128 Qb-lıq versiyada əlyetərli olacaq. Beləliklə, "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarının 16, 64 və 128 Qb-lıq qızılı, gümüşü və tünd boz rəngdə versiyaları satışa çıxarılacaq.

ABŞ-da iki illik müqavilə ilə  "iPhone 6" 199-399 dollar, "iPhone 6 Plus" isə 299-499 dollar civarında olacaq. Smartfonların satışına sentyabrın 19-dən start veriləcək.

Tədbirin əsas hadisəsi isə şirkətin çoxdan gözlənilən “ağıllı” saatlarının təqdimi olub. hitech.newsru.com saytının məlumatına görə, Apple Watch-un qiyməti 349 dollar olacaq. Saatlar satışa 2015-ci ilin əvvəlində çıxarılacaq.  

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024