2014-cü il yayın sonunda WhatsApp messencerinin aktiv auditoriyası aylıq 600 milyon istifadəçi limitini keçib.
dailycomm.ru saytının məlumatına görə, Meksikada bir sıra telekommunikasiya şirkətlərinin sahibi Karlos Slim tərəfindən təşkil edilmiş konfransda çıxış edən “Facebook” şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, WhatsApp istifadəçilərin qlobal mesajlaşma platformasına çevrilə və ona 2 və ya 3 milyard istifadəçi qoşula bilər. Top-menecer xidmətin elan edilmiş həddi nə zaman ötəcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, ‘Facebook” 2014-cü ilin əvvəlində WhatsApp-ı 19 milyard dollara satın aldığını elan etmişdi.