Kiçik kamerası təbii görmənin mimikriyası üçün mərkəzi zonada ultradəqiq fokus və daha geniş periferik görməyə malik dörd ədəd üçölçülü linzanı kombinasiya edən dronlar təqdim olunub.
Dronlarda istifadə edilmiş miniatür kameralar həşəratlar ölçüsündə ola bilər. Onların köməyi ilə izləmə və müşahidə həyata keçirilir. Belə kameralar sayəsində bütün detalları, o cümlədən görmə bucağından kənarlarda baş verən ən kiçik detalları belə ayırd etmək mümkündür.
İnsan gözlərində olan mərkəzi çuxur adlı ləkə xüsusilə, qonşu bölmələrlə müqayisədə, işığahəssas hüceyrələrin yüksək konsentrasiyası ilə hesablanıb. Bu səbəbdən insanlar dünyanı görmənin mərkəzində aydın, kənarlarda isə bir qədər bulanıq görür.
popmech.ru saytının məlumatına görə, Almaniyanın Ştutqart Universitetindən olan tədqiqatçı Harald Gissen vahid vizual sensora yığılmış üçölçülü çap əsasında müxtəlif fokus məsafələrinə malik dörd plastik linzanın köməyi ilə yaradılmış görməni reallaşdırıb.
Daha uzun fokus məsafəsinə malik linzalar dar görmə dairəsində detalların aydınlığını tutur, qısa fokus məsafəsinə malik linzalar isə periferiyada bulanıq görməni təmin edir.
Proqram hər linzadan təsvirləri bir yerə toplayır, beləliklə insanın gördüyünə oxşar şəkil ortaya çıxır. Bütün sistem təxminən üç insan saçının eninə bərabər olan 300 kvadrat mikrometr ölçüdədir. 3D-çap olmadan belə kiçik kamera yaratmaq mümkün olmazdı. Nəticədə aydın görməyə malik dronlar hazırlanır ki, bu da onların izləmə və müşahidə məqsədilə tətbiqini əhəmiyyətli dərəcədə genişləndirir.