Elektron kitabxanaların formalaşması problemlərinə həsr olunmuş konfrans başa çatdı 2016-04-18 11:51:05 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin “E-kitabxanaların elmi-nəzəri problemləri” və “E- kitabxanaların praktiki problemləri” adlı seksiya iclaslarının sədrləri – texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək elektron kitabxanaların multidissiplinar problemlərinin həlli ilə bağlı aparılan elmi-tədqiqatlarda mühüm elmi nəticələrin əldə olunduğunu bildirdi. Akademik bugünkü konfransın elektron kitabxanaların elmi-nəzəri və praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024