AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.
Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın təqdim olunmuş dissertasiya işləri üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiənin tarixinin təyin edilməsi məsələlərinə həsr olunduğunu bildirdi.
İclasda 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Elçin Məmmədovun, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Möhübbət Əhmədovun , 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Ali Amoojinin dissertasiya işlərinin müdafiəsinin tarixləri müəyyənləşdirilid və təsdiq edildi.