Beynəlxalq onlayn ensiklopediyada müxtəlif dillərdə Azərbaycan haqda məlumatların sayı artırılacaq 2016-04-08 12:55:17 / KONFRANSLAR

 

Azərbaycan vikimediaçıları” istifadəçi qrupu istifadəçiləri 29 Mərkəzi və Şərqi Avropa “Vikipediyası”nda paralel keçirilən “Vikibahar 2016” məqalə müsabiqəsində iştiraka dəvət edir.

 

“Vikibahar 2016” “Vikipediya”da Mərkəzi və Şərqi Avropa ölkələri haqda məqalələrin yaradılması üçün keçirilən “Wikimedia CEE Spring 2016” layihəsinin azərbaycanca olan bölməsidir.

Layihənin məqsədi Mərkəzi və Şərqi Avropa dillərindəki “Vikipediya” layihələri arasında əməkdaşlığı yaxşılaşdırmaq, qonşu ölkələr haqda bilikləri artırmaq və digər dillərdə Azərbaycan haqda məlumatların artırılmasına nail olmaqdır.

Sözügedən layihə  mayın 31-dək  davam edəcək.

 

www.ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024