Rekord əməli yaddaşa malik smartfon təqdim olunub 2016-03-02 11:12:24 / KONFRANSLAR

Dünyada ən nazik smartfon istehsalçısı olan Çinin “Vivo” şirkəti  Pekində keçirilmiş tədbirdə rəsmən yeni “Vivo Xplay 5” qabaqcıl smartfonunu təqdim edib. Bu qurğu 6 QB əməli yaddaşa malik ilk smartfondur. Aparat iki versiyada əlçatan olacaq.

Hər iki versiya metal korpus, 2560 x 1440 piksel 5.43 düym “Super Amoled” displeyi, 3600 milliamper/saat tutumlu akkumulyator batareyası, “4G” dəstəyi, 8 meqapiksellik (MP) ön və 16 MP arxa kameralar, həmçinin barmaq izi skaneri və sürətli enerji doldurma texnologiyası ilə təchiz ediliblər. Hər iki versiya “FunTouch OS” interfeysinə malik “Android 6.0 Marshmallow” sistemi ilə işləyir.

“Vivo Xplay 5 Elite Edition” adlı model 6 QB əməli yaddaş və 128 QB daxili yaddaş, dördnüvəli “Qualcomm Snapdragon 820” prosessoru ilə təchiz edilib. Qeyd edək ki, “Samsung Galaxy S6/S7 edge” smartfonunda olduğu kimi, sözügedən modelin displeyinin sol və sağ tərəfləri dəyirmidir.

“Vivo Xplay 5” adlı model isə düz ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 652” prosessoru və 4 QB tutumunda əməli yaddaşla təchiz edilib.

 

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024