Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb 2016-02-15 11:48:04 / KONFRANSLAR

“Cisco” şirkətinin proqnozuna əsasən, cari ildə ümumdünya şəbəkəsinin internet trafikinin həcmi 1 zettabayt (1 milyard terrabayt) təşkil edəcək.

 

3dnews.ru saytının məlumatına görə, 2019-cu ilə bu göstərici 2 zettabayta yaxınlaşacaq və adambaşına düşən internet istehlakı 18 Gb (2014-cü ildə bu göstərici 6 Gb təşkil edib) olacaq. Ekspertlər ötürülən informasiyanın həcminin belə kəskin artımını mobil qurğuların populyarlığı ilə izah ediblər.

 

2019-cu ildə fərdi kompüterlər ümumi verilənlər axınının yarısından az hissəsini generasiya edəcək. Halbuki 2014-cü ildə bu göstərici 60 faizə bərabər olub. Bu, həmçinin internetə qoşulma növlərinə öz təsirini göstərəcək: internet trafikin 66 faizi “Wi-Fi” və digər simsiz şəbəkə üzərindən ötürüləcək.

2014-2019-cu illərdə Afrika və Yaxın Şərqdə internet trafikinin həcmi illik 44 faizə artacaq. Mərkəzi və Şərqi Avropada müvafiq göstərici 33 faiz təşkil edəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024