3D bioprinter vasitəsilə fəaliyyətdə olan daxili orqan çap edilib 2016-02-11 15:01:06 / KONFRANSLAR

 

Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin rezidenti (iştirakçı şirkət) tərəfindən hazırlanmış 3D bioprinterdə fəaliyyətdə olan orqan çap edilib. Bu haqda “Skolkovo” Fondunun vitse-prezidenti Kiril Kaem məlumat verib.

 

interfax.ru saytının məlumatına görə, 3D bioprinterdə sümük, sinirlər və orqanları çap etmək mümkündür. Dünyada ilk dəfə qalxanvari vəz çap edilərək siçanın bədəninə köçürülüb. Transplantasiyadan sonra qalxanvari vəz normal işləyir və hormon ifraz edir.

 

Fondun vitse-prezidenti bildirib ki, şirkət artıq bioprinterlərin başqa laboratoriyalara satışına başlayıb. Həmçinin digər orqanların (məsələn, böyrək və qaraciyər) çap edilməsi də planlaşdırılır.

 

Kiril Kaemin sözlərinə görə, insan üçün işlək orqanların bioprinter vasitəsilə çap edilməsinə 15 ildən çox vaxt sərf olunacaq.

 
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024