Niderlandda sürücüsüz şəhərətrafı avtobuslardan istifadə olunur 2016-02-10 12:32:37 / KONFRANSLAR

Niderlandda 8 km/saat sürətlə hərəkət edən və sürücüsüz nəqliyyat vasitəsi olan 6 nəfərlik “WePod” şəhərətrafı avtobusu ilə dünyada ilk dəfə olaraq ictimai nəqliyyat xətlərində sərnişin daşınmasına başlanılıb.

 

dailytechinfo.org saytının məlumatına görə, sözügedən layihənin tərəfdarları iddia edirlər ki, dünyadakı nəqliyyat yollarında bir çox avtomatlaşdırılmış nəqliyyat vasitələrinin olmasına baxmayaraq, “WePod” avtobusu ictimai nəqliyyat xətlərində tamamilə avtomatik rejimdə və sürücüsüz hərəkət edən ilk nəqliyyat vasitəsidir.

 

Xatırladaq ki, “WePod” layihəsi üzərində işlərə ötən ilin iyun ayında başlanılıb. Layihənin məqsədi Ede-Vaqeninqen dəmiryol stansiyası, avtobus stansiyası və Vaqeninqen Universitetinin Elmi-tədqiqat mərkəzi arasındakı 6 km marşrut üzrə sərnişinləri daşıyacaq nəqliyyat sisteminin yaradılmasıdır.

 

Gələcəkdə bu nəqliyyat vasitəsinin hərəkət sürətinin saatda 25 km-ə çatdırılması planlaşdırılır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024