2015-ci ilin ən mühüm elmi-texnoloji ixtiraları 2015-12-11 09:38:59 / KONFRANSLAR

Nüfuzlu “Time” jurnalı tərəfindən dərc edilən ən yaxşı ixtiraların illik reytinqində dünyanı daha da yaxşılaşdıran innovasiyalar öz əksini tapıb.  ain.ua saytı cari ilin ən mühüm elmi-texnoloji ixtiralarını təqdim edib.  
 

“Eko Core” adlı rəqəmli stetoskop

 

Adi stetoskopa xüsusi adapter qoşduqdan sonra ürək döyüntüsünün ritmi "bulud"a göndərilir və bundan sonra onu smartfona yükləmək mümkündür. Smartfona quraşdırılmış mobil proqram bu ritmi təhlil edərək onu əvvəlki ritmlərlə müqayisə edərək pasiyentdə ürək anomaliyalarını aşkar etməyə kömək edəcək.
 

Hazırda qurğu San-Fransiskoda yerləşən Kaliforniya Universitetində sınaqdan keçirilir. Həkimlərin sözlərinə görə, "Eko Core" analizin dəqiqliyini yüksəldəcək və exokardioqrafiya kimi bəzi bahalı testləri əvəz edəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024