AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı REA-nın İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunda olub 2015-12-07 12:04:01 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, sektor müdiri Məmməd Rəşidov, böyük elmi işçi Məmməd Həşimov və mühəndis Tural Mustafayev Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzində elmi ezamiyyətdə olublar. Mərkəzdə aparılan elmi-tədqiqat və elmi-praktiki işlərlə tanış olublar.

 

Mərkəzin rəhbəri, f.-r.e.d., professor A.P. Afanasyev mərkəzin laboratoriyalarında aparılan elmi-tədqiqatlar və Data-mərkəzin fəaliyyəti haqqında ərtaflı məlumat verib. Paylanmış Hesablamalar Mərkəzində yaradılmış bir sıra proqram məhsulları və onların köməyi ilə həll edilən tətbiqi məsələlər haqqında təqdimatlar nümayiş etdirilib.

 

Paylanmış Hesablamalar Mərkəzi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet mərkəzi arasında son illər aparılan elmi əməkdaşlığın daha da genişləndirilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020