“Bibliometriya: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekpres-informasiya işıq üzü görüb 2015-11-03 10:29:15 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Bibliometriya: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, elmi redaktoru isə institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevdir.

 

“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış ekspres-informasiyada bibliometriyanın meydana gəlməsi, mahiyyəti, elmi-nəzəri əsasları, problemləri və inkişaf perspektivləri araşdırılıb. Elmi tədqiqatın ölçülməsi üsulları, mövcud indikatorlar, elmin xəritələndirilməsi texnologiyaları təsvir olunub. Bibliometriyanın müxtəlif sahələrdə tətbiqinin perspektivləri, bibliometrik indikatorlardan sui-istifadə nəticəsində elmi etikanın pozulması və bu halların qarşısının alınması yolları izah olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024