Tomsk Dövlət Universitetinin alimləri beş ölkədən olan həmkarları ilə birlikdə süni beyin yaradıblar.
Təbii intellektin süni daşıyıcısı – öz-özünə öyrənə bilən fiziki modeli hazırlamaqda məqsəd tibb işçilərinə müxtəlif növ yaddaşsızlığın, o cümlədən Parkinson, Alzheimer xəstəliklərinin araşdırılmasında və müalicəsində kömək etməkdir.
Əvvəlcə insan beyninin riyazi və kompüter modelləri qurulub. Bundan sonra süni neyron şəbəkələrindən ibarət radioelektron cihaz hazırlanıb.
Qeyd edək ki, layihə Rusiya, Almaniya, Bolqarıstan, Ukrayna, Belarus və Qazaxıstan alimləri tərəfindən Tomsk Dövlət Universitetinin beynəlxalq laboratoriyasında həyata keçirilir.