Kiçik implantat real vaxt rejimində xərçəng xəstəliyinin müalicəsinin gedişatını izləməyə imkan verir 2015-08-11 08:59:22 / KONFRANSLAR

Xərçəng dinamik xəstəlikdir, lakin həkimlər bu xəstəliyin mərhələlərini əvvəlki kimi statik təsvirlər üzrə izləyirlər. “Tictac” ölçüsündə olan və implantasiya edilən yeni datçik bu vəziyyəti dəyişəcək.

 

Massaçusets Texnologiya Universitetinin nəzdində olan institutun mütəxəssisləri tərəfindən hazırlanmış datçik həkimlərə adi alətlərin tətbiqindən əvvəl xərçəng şişinin ölçüsündəki kritik dəyişiklikləri aşkar etməyə imkan verir.

 

“Biz xərçəng şişində baş verən dəyişikliklər haqqında məlumat verə bilən qurğu yaratmağı qarşımıza məqsəd qoyduq. Artıq xərçəng şişinin kiçilməsini görmək üçün aylarla gözləməyə ehtiyac yoxdur. Müalicənin düzgün istiqamətdə aparıldığını bilmək üçün datçik vasitəsilə ilkin məlumatları əldə etmək kifayətdir”, – deyə tədqiqatın baş müəllifi Maykl Çima bildirib.

 

Hələ ki, qurğu yalnız siçovullar üzərində sınaqdan keçirilib. Bu kimi datçiklərin insan orqanizminə tətbiqinin nə dərəcədə təhlükəsiz olduğunu öyrənmək məqsədilə əlavə tədqiqatlar aparılmalıdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024