RIPPLES – kofe köpüyündə təsvirləri çap edən printer 2015-07-02 10:02:03 / KONFRANSLAR

3D-printer - əlbəttə ki, əla qurğudur. Lakin bu qurğular artıq həyatımıza yetərli qədər daxil olub və hazırda belə bir çap qurğusunu istənilən İnternet-mağazadan sifariş etmək mümkündür. Arzu etdiyiniz təsviri və yazını fincandakı kofe köpüyündə çap etməyi bacaran kofe-maşın isə daha nadir və alışmadığımız mexanizmdir. “Ripples” sistemi bu isti içkinin ən kədərli həvəskarının belə əhval-ruhiyyəsini qaldıracaq dünyada ilk fərdiləşdirilmiş kofe-maşındır.

 

Fincanda istədiyiniz təsviri əldə etmək isə olduqca asandır: kofe-maşını işə salırıq, naqilsiz şəbəkə ilə smartfondan printerə qoşuluruq, xüsusi əlavəni açırıq, istədiyimiz təsviri seçir və ya öz fotoşəklimizi yaradılmış rəsmi sayta yükləyirik, lazımi mətni yazırıq və hər şey hazırdır.

 

“Ripples” printerini İsraildən olan mütəxəssislər yaradıblar. Kofe köpüyünün üzərində şəkil cəmi 10 saniyəyə çap olunur. hi-news.ru saytının bildirdiyinə görə, “Ripples” kofe-maşının qiyməti 999 dollaradır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024