Gözün torlu qişasının skaneri ilə təchiz edilmiş smartfon təqdim olunub 2015-06-18 12:14:47 / KONFRANSLAR

Yaponiyanın “Fujitsu” şirkəti yerli “NTT DoCoMo” operatoru ilə birgə gözün qüzehi qişasının skaneri ilə təchiz edilmiş smartfonun ilk kommersiya modelini təqdim edib.

 

hitech.vesti.ru saytının məlumatına görə, “Android” platforması ilə işləyən smartfon öz sahibini bir saniyə ərzində “tanıyır”. “Iris Passport” funksiyası, hətta əkizlərin gözləri arasındakı fərqi ayırd edərək onlara qurğunu blokdan çıxarmağa imkan vermir.

 

“Arrows NX F-04G” smartfonu 5,2 düymlük “IPS” matrisli (1440x2560) ekran, 8 nüvəli “Qualcomm Snapdragon 810” prosessoru və “Adreno 430” qrafik sürətləndiricisi ilə təchiz edilib.

 

Əməli yaddaşın tutumu 3 Gb, daxili yaddaşın tutumu isə 32 GB təşkil edir. “Sony” şirkətinin məhsulu olan əsas fotomodulun təsvir ölçüsü 21 meqapikseldir. Aparat “Android 5.0” (“Lollipop”) mobil əməliyyat sistemi ilə işləyir.

 

Yaponiyada qurğunun dəyəri 750 ABŞ dolları təşkil edir.  Digər ölkələrdə satışa çıxarılma tarixi haqqında isə hələ ki məlumat verilmir. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024