İkiqat biometrik şifrələrdən istifadəyə start verilir 2015-05-22 09:09:30 / KONFRANSLAR

ABŞ-ın “Mountain America Credit Union” bankı smartfon istifadəçiləri üçün yeni autentifikasiya sistemini istifadəyə verib. Bank bir bioloji markerə (məsələn, barmaq izi) əsaslanan biometrik mühafizədən imtina edib.

 

Bank rəhbərliyi öz mobil proqramında bütün maliyyə əməliyyatlarını ikiqat biometrik vasitələrlə mühafizə etməyə qərar verib.

 

Hazırda mobil bankçılıqda hesaba daxil olmaq üçün istifadəçi barmağını və ya gözün torlu qişasını skan etməlidir.

 

“Barmaq izi üzrə identifikasiya smartfona quraşdırılmış daxili ötürücü ilə həyata keçirilir. “iPhone” və “Samsung”un son modelləri artıq belə ötürücülərə malikdir. Ötürücü barmaq izini skan edərək onu riyazi koda çevirir. Bu kod mobil qurğuda saxlanılır və hər sonrakı skan zamanı müqayisə üçün istifadə olunur”, – deyə bank rəhbərliyi bildirib.

 

ictnews.az saytının məlumatına əsasən, gözün torlu qişasının skan edilməsi və tanınması “EyeVerify” proqram təminatı vasitəsilə həyata keçirilir. Proqram hər bir insan üçün unikal olan qan damarlarını qeydə alır.

 

Bu kimi innovasiyalar onlayn əməliyyatların təhlükəsizlik səviyyəsini yüksəltməyə, həmçinin mobil bankçılığa girişi sadələşdirməyə imkan verəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024