Qiyməti yüksək olan superkompüterlər 2015-05-01 12:54:28 / KONFRANSLAR

“Atlas” adlı ilk superkompüter hələ ötən əsrin 60-cı illərində yaradılıb və Böyük Britaniyanın Mançester Universitetində quraşdırılıb.

 

Bu superkompüterin sıradan çıxması ölkənin hesablama məhsuldarlığının 50 faizinin azalmasına səbəb ola bilərdi. Hazırda “Atlas” superkompüteri adi noutbukdan zəifdir.

 

Qiyməti yüksək olan superkompüterlərin reytinqi:

 

“IBM Roadrunner” (ABŞ) - 130 milyon dollar

 

Bu kompüterdə ABŞ-ın nüvə arsenalının köhnəlməsi prosesi modelləşdirilib. Klasterin gücünün pik həddi 1456 petaflopsa çatıb. “Roadrunner” o dövrdə enerjiyə qənaət edən superkompüterlərdən biri olub.

 

“Vulcan BlueGene/Q” (ABŞ) - 100 milyon dollar

 

“IBM” korporasiyası tərəfindən yaradılmış superkomputer vasitəsilə fundamental elmi araşdırmalar aparılıb. Superkompüter Livermor Milli Laboratoriyasında quraşdırılıb və biologiya, iqlim dəyişiklikləri, molekulyar sistemlər və s. kimi sahələrdə istifadə edilir. Kompüterin məhsuldarlığı təxminən 5 petaflopsdur və bu göstəriciyə görə dünyada 9-cu pilləni tutur.

 

SuperMUC” (Almaniya) - 111 milyon dollar

 

Bavariya Elmlər Akademiyasına məxsus Leybnits adına superkompüter mərkəzində məhsuldarlığına görə Almaniyanın ikinci superkompüteri quraşdırılıb. Bu superkompüter dünya reytinqində 14-cü pilləni tutsa da, dəyərinə görə əvvəlki pilləni tutan ABŞ superkompüterini ötür. Məhsuldarlığı 3 petaflopsdan yüksəkdir. Sistem “IBM” korporasiyasının mühəndisləri tərəfindən yaradılıb. Superkompüter elmi məqsədlər üçün istifadə olunur.

 

Trinity” (ABŞ) - 174 milyon dollar

 

“Trinity” superkompüteri hələ ki istismara verilməyib. ABŞ hakimiyyəti nüvə arsenalının vəziyyətinə nəzarət etmək üçün superkompüterin hazırlanmasına vəsait ayırıb.

 

“Sequoia BlueGene/Q” (ABŞ) - 250 milyon dollar

 

ABŞ-ın nüvə proqramı müntəzəm olaraq nəzarət tələb edir və “Sequoia BlueGene/Q” superkompüteri həmçinin bu vəzifəni yerinə yetirəcək. O, Livermor Milli Laboratoriyasında quraşdırılıb və 2012-ci ilin iyun ayında işə salınıb. “Sequoia BlueGene/Q” superkompüterinin hesablama məhsuldarlığının pik həddi 20 petaflopsdur. Hazırda ən məhsuldar superkompüterlərin reytinqində üçüncü pilləni tutur.

 

ASC Purple” və “BlueGene/L” (ABŞ) - 290 milyon dollar

 

Bu iki superkompüter bir sistemin hissəsidir. ABŞ-ın Energetika Departamenti onları hələ 2002-ci ildə “IBM”-dən sifariş edib. Bu superkompüterlərin hesablama güclərinin köməyi ilə nüvə silahının real sınaqlarının dayandırılmasından sonra nüvə raketlərinin buraxılışı və partlayışı modelləşdirilib.

 

Sierra” və “Summit” (ABŞ) - 325 milyon dollar

 

Bu superkompüterlər yüksək qiyməti ilə yanaşı, sürətli olması ilə də seçilir. “Summit” klasteri çərçivəsində məhsuldarlığının pik həddi 300 petaflopsa çatacaq.

 

“Tianhe-2” (Çin Xalq Respublikası) - 390 milyon dollar

 

Çinin Milli Müdafiə Texnologiyaları Universitetində quraşdırılmış “Tyanhe-2” kompüterinin məhsuldarlığı 33,86 petaflops, məhsuldarlığının pik həddi isə 55 petaflopsdur. Kompüter əsasən müdafiə məqsədləri üçün istifadə olunur.

 

“Earth Simulator” (Yaponiya) - 500 milyon dollar

 

Yaponiyanın “Earth Simulator” superkompüteri 2002-ci ildə işə salınıb. Superkompüterin əsas funksiyası iqlim proseslərinin müşahidə olunması, təbii fəlakət və onların nəticələrinin modelləşdirilməsidir. “Earth Simulator” vaxtilə ən sürətli superkomputer olub və 2005-ci ilədək liderliyini qoruyub saxlayıb.

 

Fujitsu K (Yaponiya) - 1,2 milyard dollar

 

Yaponiyanın “Fujitsu K” superkompüterinin məhsuldarlığı 11 petaflopsdur. Klaster Yaponiyanın fiziki-kimyəvi tədqiqatlar institutunda (RIKEN) quraşdırılıb.

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024