“Ağıllı” plastır unutqan xəstələrə dərman qəbulunda kömək edəcək 2015-04-29 09:17:06 / KONFRANSLAR

Cənubi Koreya alimləri tərəfindən hazırlanmış plastır yalnız xəstənin cari vəziyyətinə nəzarət deyil, ehtiyac olduqda onun orqanizminə lazımi miqdarda dərman yeridə bilmək xüsusiyyətinə malikdir. 

 

hi-news.ru saytının məlumatına görə, xəstələrin təhlükəsizliyi üçün hazırlanmış “ağıllı” plastır insan orqanizminə müəyyən miqdarda dərman daxil edə bilir və orqanizmdə dərmanın konsentrasiyası optimal səviyyəyə çatdıqda dərman təchizatını dayandırır.

 

Plastır uzadıla bilən materialdan hazırlanmış 5 sm uzunluğunda düzbucaqlı formasındadır.

 

Hər şeydən əvvəl, bu plastır parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün mükəmməl həldir. Qıcolma zamanı plastır xəstənin bədəninə az miqdarda dərman yerləşdirir, qıcolma dayanan kimi dərmanın təchizatı dayandırılır.

 

“Xəstələrin əksəriyyəti onların orqanizminə nəzarət edilən dərman daxil edilməsi üsulunun tərəfdarıdırlar, - deyə Seul Dövlət Universitetinin biomühəndisi Day Xyonq Kim bildirib: “Gələcəkdə plastıra simsiz rabitə funksiyasını əlavə etməyi planlaşdırırıq ki, bu da həkimlərə xəstələrin vəziyyətinə məsafədən nəzarət imkanı verəcək”.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024