“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi 2024-11-08 15:00:00 / KONFRANSLAR

7 noyabr 2024-cü il tarixində İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu və Radiasiya Problemləri İnstitutu ilə birlikdə “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri”  mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir.   

Konfransın açılış mərasimində  AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev,  Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadov, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev iştirak etmişdilər.

Sonra konfrans öz işini “Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar” və “Yaşıl iqtisadiyyata keçidin elmi praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirdi.

“Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar” və “Yaşıl iqtisadiyyata keçidin elmi praktiki problemləri” mövzularında keçirilən seksiya iclaslarında COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, transformasiyalar, onların təsirləri və neqativ-pozitiv aspektləri, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellekt, Əşyaların İnterneti, 3D çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar və s. kimi aktual mövzularda elmi məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024