AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və AzScienceNet Şəbəkə İdarərtmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 21 Mart 2023-cü il tarixində GEANT Assosiasiyasının Baş Assambleyasının 28-ci onlayn iclasında iştirak ediblər. Hər il olduğu kimi, bu il də iclasa Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən olan rəsmi nümayəndələr qatılıblar.
İclasda GEANT Assosiasiyasının fəaliyyəti və həyata keçirilən layihələr barədə yeniliklər diqqətə çatdırılıb. Həmçinin Komitəyə seçkilər, yeni təyinatlar və GEANT-a üzvlük məsələləri müzakirə olunub. GEANT Layihə Planlaşdırma Komitəsinin yeni üzvləri təsdiq olunub.
Tədbir çərçivəsində GEANT-a üzv olan ölkələr arasında iki və çoxtərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Xatırladaq ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə iki dəfə toplaşırlar.