AzScienceNet-in əməkdaşı GEANT Assosiasiyasının xidmət marketinqi üzrə seminarında iştirak edib 2023-02-07 15:00:00 / KONFRANSLAR

İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Könül Əliyeva GEANT Assosiasiyası tərəfindən təşkil olunan xidmət marketinqi üzrə seminarda iştirak edib. Onlayn seminara EapConnect layihəsinin tərəfdaşları, eləcə də beynəlxalq elm və təhsil ictimaiyyətinin Cənub-Şərqi Avropa regionunun üzvləri qatılıblar.

GEANT-ın xidmət marketinqi üzrə meneceri Karl Meyer xidmət və məhsul marketinqi haqqında ümumi məlumat verərək qeyd edib ki, bu, texnologiya və xidmətlər, eləcə də marketinq barədə xüsusi biliklərə malik olmağı tələb edən sahədir. Onun sözlərinə görə, xidmət marketinqi fərqli bacarıqlar tələb etməklə, əsasən, texnologiyalar, xidmətlər və istifadəçilər arasında körpü rolunu oynayır: “Xidmət marketinqi üzrə mütəxəssislər texnologiyanı başa düşməli, istifadəçilərə müəyyən anlayışları izah edə bilmək üçün məhsulun tərtibatçıları və istifadəçiləri ilə eyni dildə danışmalıdırlar. Bundan əlavə, marketoloqlar məhsulun və ya xidmətin istifadəçilər üçün həqiqətən zəruri olduğunu sübut etmək üçün məhsulun inkişaf mərhələlərinə marketinq aspektlərini tətbiq etməyi bacarmalıdırlar”.

Sonra təqdim olunan anlayış və prinsiplərin tətbiqi yolları praktiki məşğələlər çərçivəsində müzakirə edilib.

Seminar haqqında daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024