İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – baş mütəxəssislər Oqtay Ələkbərov və Səməd Dursunov, eləcə də mühəndis Fuad Əhmədov 5–11 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Yüksək Texnologiyalar Araşdırma Mərkəzi (TÜBİTAK-BİLGEM) tərəfindən keçirilmiş “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu”nda iştirak ediblər.
Kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunub, mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda praktiki qrup çalışmaları yerinə yetirilib.
Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.