AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyev Fəxri Fərmanla təltif olunub 2022-04-29 17:00:00 / MÜHÜM HADİSƏLƏR

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Elm Günü” münasibətilə Fəxri Fərmanla təltif olunub. Fəxri Fərmanı B.Nəbiyevə Akademiyanın aprelin 27-də keçirilən Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev təqdim edib.  

Qeyd edək ki,  B.Nəbiyev 2008-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərir. O, 2018-ci ildə “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışır.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022