Tiramisu kod adına sahib Android 13-ün ilk fotoları təqdim edilib 2021-12-28 15:04:00 / TEXNOLOJİ YENİLİKLƏR

XDA-Developers saytının mütəxəssisləri Android 13 əməliyyat sisteminin test versiyasının fotolarını təqdim ediblər. Hal hazırda aktual olan Android 12 ilə müqayisədə Android 13-ün test versiyasında 4 maraqlı yenilik aşkar edilib. Qeyd etmək lazımdır ki, Android 13-ün ortaya çıxmış test versiyası Tiramisu kod adına sahibdir. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Android 13-ün əsas yeniliklərindən biri hər bir tətbiq üçün müəyyən dil seçimi olacaq. Başqa sözlə desək, əməliyyat sisteminin interfeysi müəyyən dildə, istifadəçi tərəfindən seçilmiş tətbiq isə tamamilə fərqli dildə çalışacaq, Bundan əlavə olaraq bloklanmış ekranın təkmilləşdirilməsi də mümkün olacaq. Məsələn istifadəçi bloklanmış ekrandakı saatın ölçüsünü kiçildə biləcək. Bunun sayəsində bloklanmış ekrandakı əlavə yerdə digər vidjetləri yerləşdirmək mümkün olacaq. Android 13-də istifadəçi tərəfindən tətbiqlərə veriləcək icazələrin daha dəqiq şəkildə idarəsi imkanı reallaşdırılacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024