İsveçin "Epicenter" şirkəti dəri altına implantasiya edilən COVID-passportları olan mikroçiplər hazırlayıb.
Düyü dənəsi ölçüsündə olan implant şəxsin peyvənd məlumatı üçün skan edilə bilər. Bundan əlavə, çiplərdə müqavilələr, avtobus biletləri və hətta idman zalında üzvlüyə aid məlumatlar saxlanıla bilər.
Ölkənin 6 mindən çox sakini artıq bu çipi bədəninə yeridib.
İstehsalçı şirkət əmin edir ki, prosedur təhlükəsizdir və zəruri hallarda implantlar çıxarıla bilər.