Özbəkistanlı diplomat İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub 2021-06-25 18:00:00 / GÖRÜŞLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Özbəkistanın ölkəmizdəki səfirliyinin humanitar məsələlər üzrə attaşesi Oybek Əkrəmovla görüş keçirilib. Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev iştirak ediblər.

Qonağa instititun fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri haqqında məlumat verilib. Tərəflər institutla Özbəkistanın müvafiq qurumları arasında əməkdaşlıq məsələlərini, o cümlədən birgə elmi tədqiqatların və toplantıların keçirilməsi, təcrübə və kadr hazırlığı mübadiləsinin perspektivlərini müzakirə ediblər.  

Özbəkistanlı diplomat instititun elmi laboratoriyalarının, eləcə də, AzScienceNet Elm-Kompüter Şəbəkəsinin, Təhsil-İnnovasiya Mərkəzinin, Multimedia Mərkəzinin, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024