AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Mobil qurğuların resurslarında və əlaqə kanallarında meydana çıxan problemlər və həlli yolları” (“Challenges of Mobile Devices’ Resources and in Communication Channels and their Solutions”) adlı məqaləsi “International Journal of Computer Network and Information Security” jurnalında çap olunub.
Məqalə mobil qurğuların resurslarındakı (enerji sərfiyyatı, hesablama və yaddaş resurslarında və s.) məhdudiyyətləri və əlaqə kanallarında yaranan gecikmələr aradan qaldırmaq məqsədi ilə cloudlet əsaslı mobil hesablama buludlarının yaradılması məsələsinə həsr edilmişdir.
Təklif edilən arxitekturanın mobil qurğuların hesablama və yaddaş resurslarına olan tələbatın daha səmərəli təmin edilməsi və şəbəkədə yaranan gecikmələrin aradan qaldırılmasını təmin edilməsi qeyd edilmişdir. Eyni zamanda, tədqiqat işində mürəkkəb hesablama və yaddaş resursları tələb edən məsələləri istifadəçiyə yaxın yerləşən cloudlet-də həll etməklə mobil qurğuların enerji sərfiyyatına qənaət edilməsi və əlaqə kanallarında gecikmələrin aradan qaldırılması məsələləri göstərilmişdir.
Qeyd edək ki, “International Journal of Computer Network and Information Security” jurnalı “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “JournalSeek”, “Academic Journals Stanford University Libraries”, “Open Science Directory” və digər tanınmış elmi bazalarda indeksləşir və referatlaşır.