Azərbaycanla Qətər arasında İKT sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2015-02-23 12:39:11 / KONFRANSLAR

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında İKT sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il dekabrın 8-də Doha şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər Dövləti Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2015-ci il.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024