ABŞ-ın “Boston Dynamics” şirkəti bu ilin 12-13 may tarixlərində Massaçusets Texnologiya İnstitutu və Harvard Universiteti ilə birlikdə ilk dəfə robot texnikası sahəsində əldə olunmuş ən yeni nailiyyətlərə həsr olunan “Actuate” konfransını keçirəcək.
2 gün davam edəcək konfransda tənzimləyici provayderlər, proqram təminatçıları və istifadəçilər təcrübə və fikir mübadiləsi apara biləcəklər. Burada “Early Adopter” proqramının bir hissəsi olan müştərilər də iştirak edə biləcəklər.
İlk dəfə keçiriləcək konfrans üçün “Boston Dynamics” şirkəti “GitHub”da dördayaqlı “Spot” robotu üçün proqramlar yaratmağa və ya bunun üçün əlavə avadanlıqlar düzəltməyə imkan verən Proqram İnkişaf Dəsti (SDK) hazırlayıb.
Xatırladaq ki, “Spot” “Boston Dynamics”in “BigDog” kimi əvvəlki layihələri əsasında hazırlanmış ilk ticari satış robotudur. O, bir neçə ay öncə kütləvi satışa çıxarılıb. Robot elektrikli motorla idarə olunan dörd ayaq üzərində hərəkət edir. “Spot”un arxa hissəsində “Boston Dynamics”dən təklif olunan robot qolları da daxil olmaqla əlavə avadanlıq birləşdirmək üçün interfeys mövcuddur.
İstifadəçinin istəyi ilə robota şəxsi avadanlıqlar da birləşdirə bilər, lakin bu halda proqram ilə işləmək üçün kod yazmaq lazımdır. Əvvəlcə “Spot”un proqram təminatıyla iş üçün SDK-a giriş yalnız robotu almış təşkilatlara icazə verilirdi. İndi isə “Boston Dynamics” inkişaf etdiricilər dairəsini genişləndirmək məqsədi ilə “GitHub”da SDK, sənədlər və sadə proqram nümunələrini hazırlayıb.
nanonews.net saytının məlumatına görə, proqramlar hərəkət üçün əmr verərək və ya vizual tənzimləyicilərdəki məlumatları tələb edərək standart API vasitəsilə robotla qarşılıqlı əlaqə qura biləcəklər.