Roskosmosun yeni robot-kosmanavtı istifadəyə verilib 2020-01-18 09:30:00 / MARAQLI MƏLUMATLAR

Roskosmosun verdiyi məlumata görə, bundan sonra kosmik tədqiqatlar zamanı insan həyatına təhlükə yaradan işləri “Fyodor”un xələfi - yeni robot-kosmonavt icra edəcək. O, ilk əmək fəaliyyətinə bu yaxınlarda istifadəyə veriləcək “Qartal” (Орел) kosmik gəmisində başlayacaq.

ria.ru saytının məlumatına görə “Elmi və tətbiqi tədqiqat proqramının effektivliyini artırmaq üçün ekipajı təhlükəli və müntəzəm əməliyyatlarda əvəz etmək məqsədi ilə Beynəlxalq Kosmik Stansiya (BKS) Rusiya seqmentində robot sisteminin imkanları ilə bağlı tədqiqatların aparılması planlaşdırılır” , - deyə “Fyodor” robotunu BKS-də sınaqdan keçirən ekipaj heyəti  RİA Novosti agentliyinə bildiriblər.

Xatırladaq ki, “Fyodor” robotu avqustun 22-də “MS-14 İttifaqı” kosmik gəmisində Yer orbitinə çıxıb. Beş gündən sonra, cihaz ikinci cəhddən Beynəlxalq Kosmik Stansiyaya doğru hərəkət edib və uçuş zamanı astronavtın nəzarəti altında bir sıra vəzifələri yerinə yetirib. Robot sentyabrın 7-də Yer kürəsinə qayıdıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024