2014-cü ildə dünyada İnternetə qoşulmanın orta sürəti 25 faiz artıb 2015-01-16 11:31:36 / KONFRANSLAR

“Akamai Technologies” şirkəti dünyanın müxtəlif ölkələrində İnternetə çıxış sürəti üzrə nəticələrini elan edib. Uzun illər liderliyini qoruyub saxlayan Cənubi Koreya yenidən birinci pillədə yer alıb.

 

Mütəxəssislərin 2014-cü ilin üçüncü rübü üzrə qiymətləndirməsinə görə, planetdə İnternetə qoşulmanın orta sürəti təxminən 4,5 Mbit/s təşkil edib ki, bu da ötən illə müqayisədə 25 faiz yüksəkdir. Cənubi Koreyada bu göstərici illik hesablama üzrə 14 faiz artaraq 25,3 Mbit/s təşkil edib.

 

İnternetə qoşulmanın orta sürəti üzrə ikinci yerdə 16,3 Mbit/s göstəriciyə malik Honkonq dayanıb ki, bu da ötənilki göstəricini 29 faiz qabaqlayır. İlk onluqda, həmçinin Yaponiya (15 Mbit/s), İsveçrə (14,5 Mbit/s), İsveç (14,1 Mbit/s), Niderland (14.0 Mbit/s), İrlandiya (13.9 Mbit/s), Latviya (13.4 Mbit/s), Çexiya (12.3 Mbit/s) və Sinqapur (12.2 Mbit/s) yer alıb.

 

Qlobal şəbəkəyə çıxışın maksimal sürəti 24,8 Mbit/s qiymətləndirilir. Ən yüksək nəticəni Honkonq (84,6 Mbit/s), Sinqapur (83 Mbit/s) və Cənubi Koreya (74,2 Mbit/s) göstərib.

 

Mobil şəbəkələrə qoşulmanın orta sürəti üzrə lider Cənubi Koreya (18.2 Mbit/s) olub. Bu kateqoriya üzrə Afrikada Misir (2.8 Mbit/s), Avropada Slovakiya (10.9 Mbit/s), Şimali Amerikada Kanada (7.9 Mbit/s) və Cənubi Amerikada Venesuela (6.0 Mbit/s) ən yüksək nəticə göstəriblər. Ən aşağı göstərici İranda (0.9 Mbit/s) qeydə alınıb.

 

Mobil şəbəkələrə qoşulmanın maksimal sürəti üzrə Sinqapur (98.0 Mbit/s) lider olub. Bu kateqoriya üzrə Afrikada Misir (16.3 Mbit/s), Avropada Türkiyə (59.5 Mbit/s), Şimali Amerikada Kanada (28.7 Mbit/s) və Cənubi Amerikada Venesuela (27.1 Mbit/s) lider ölkələr sırasındadır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024