İnstitutun şöbə müdiri Avstraliya Federasiya Universitetində elmi ezamiyyətdə olub 2019-02-13 11:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Avstraliya Federasiya Universitetinin dəvəti ilə 29 yanvar – 7 fevral 2019-cu il tarixlərində bu qurumun Elm, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbində “Dəvətli Elmi Tədqiqatçı” kimi elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində R.Alıquliyev həmin universitetin professoru Adil Bağırov və onun optimallaşdırma və data mining üzrə tədqiqat qrupu ilə birgə böyük həcmli məlumatların (big data) analizi üçün effektiv və real zaman müddətində işləyən klasterləşmə alqoritmlərinin işlənilməsi istiqamətində tədqiqatlar aparıb. Tədqiqatların nəticəsi olaraq, Avstraliya Federasiya Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında böyük həcmli məlumatlar toplusunun analizi sahəsində tədqiqatların gələcəkdə də davam etdirilməsi məqsədəuyğun hesab olunub və ilin sonuna kimi bu istiqamətdə birgə bir neçə məqalənin hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, gələcəkdə uzun müddətli elmi ezamiyyətlərin həyata keçirilməsi və birgə fəlsəfə doktoru hazırlığı istiqamətində də müzakirələr aparılıb və ilkin razılıq əldə olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024